Azərbaycan beynəlxalq turizm təşkilatına üzv seçilib

Azərbaycan beynəlxalq turizm təşkilatına üzv seçilib
# 17 dekabr 2019 12:58 (UTC +04:00)

Dövlət Turizm Agentliyi Asiya - Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzv qəbul edilib.

Bu barədə APA-ya Dövlət Turizm Agentliyindənbildirilib. Məlumata görə, beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.

Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.

Bununla bağlı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə olunan Asiya-Sakit okean bölgəsi Azərbaycan üçün əsas bazarlardan biridir:

"Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın turizm potensialının Asiya regionunda təbliğ edilməsi və turistlərin cəlb edilməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR