Azərbaycana bu il gələn əcnəbilərin sayı 4,4 dəfə azalıb

Azərbaycana bu il gələn əcnəbilərin sayı 4,4 dəfə azalıb
# 20 aprel 2021 12:17 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycana gələnlərin 33%-i Rusiya, 27,9%-i Türkiyə, 16,2%-i İran, 10,6%-i Gürcüstan, 2,4%-i Ukrayna, 1,1%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Qazaxıstan və Özbəkistan, 0,6%-i Türkmənistan, hər birindən 0,5% olmaqla İtaliya və Almaniya, 4,8%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4%-ni kişilər, 6,6%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan – 8,9 dəfə, Qazaxıstandan – 7,7 dəfə, Özbəkistandan – 5,2 dəfə, Rusiya Federasiyasından – 4,1 dəfə, Ukraynadan – 3,7 dəfə, Böyük Britaniyadan – 3,6 dəfə, Belarusdan – 2,1 dəfə, Türkiyədən – 1,9 dəfə, İrandan – 1,6 dəfə azalıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə Körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9%-i dəmir yolu və avtomobil, 25,8%-i hava, 3,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR