Azərbaycanda turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək

Azərbaycanda turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək
# 29 noyabr 2019 12:09 (UTC +04:00)

"Ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca sanitar qovşaqların olmamasıdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, bu, regionlara gedən turistləri çox narahat edir: "Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub. Bu istiqamətdə 50-dək infrastruktur tikiləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR