Azərbaycanda turizmin dəstəklənməsi məqsədi ilə subsidiyalar veriləcək

Azərbaycanda turizmin dəstəklənməsi məqsədi ilə subsidiyalar veriləcək
# 29 noyabr 2019 14:15 (UTC +04:00)

"Azərbaycanda sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin planlaşdırılması ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş qurulur".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısına qədər subsidiya mexanizmlərinə dair işlər görüləcək: "Həm hava nəqliyyatı, həm turizmin dəstəklənməsi, həm də müxtəlif istiqamətlərdə subsidiya mexanizmləri planlaşdırırıq ki, bununla turizm sənayesini stimullaşdıraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR