Azərbaycandakı hotellərin gəlirləri koronavirusa görə 72%-dək azalıb

Azərbaycandakı hotellərin gəlirləri koronavirusa görə 72%-dək azalıb
# 27 oktyabr 2020 14:44 (UTC +04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 69,8% azalaraq 806 min olub.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə Azərbaycandakı mehmanxanalarda keçirilmiş gecələmələrin 56%-i Bakıda, 10,7%-i Qəbələdə, 6,1%-i Qusarda, 4,9%-i Qubada, 3,6%-i Naftalanda, 2,8%-i Lənkəranda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,4%-i Şabranda, hər birində 1,1% olmaqla Mingəçevirdə, Qaxda və Xaçmazda, 0,8%-i Gəncədə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 78,8% azalaraq 370,5 min olub ki, bu da ümumi gecələmələrin 46%-ni təşkil edir. Gecələmələrin 15,2%-i Rusiya, 10,4%-i Səudiyyə Ərəbistanı, 10,3%-i BƏƏ, 7,3%-i Türkiyə, 6,1%-i Hindistan, 6%-i Böyük Britaniya, 4,6%-i Küveyt, 3,2%-i İsrail, 3,1%-i İran, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1,7%-i Almaniya, 1,6%-i İraq, 1,5%-i İtaliya, 1,4%-i Pakistan, 1,4%-i Qazaxıstan, 1,3%-i Ukrayna, 1%-i Gürcüstan, 1%-i Belarus, 18,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,6%-i Bakıda, 6,7%-i Qusarda, 4,6%-i Qəbələdə, 4,2%-i Naftalanda, 3,5%-i Naxçıvan Muxtar Respublikasında, 2,3%-i Qubada, 2,1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 52,8% azalaraq 435,5 min olub.

"Cari ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6% azalaraq 94,9 mln. manat olub ki, onun da 58,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib", - komitədən bildirilib.

2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7% səviyyəsində olub (2019-cu ilin yanvar-sentyabr aylarında 23,6%). Bu göstərici Beyləqanda 24%, Naftalanda 17,3%, Qəbələdə 13,3%, Şabranda 12,1%, Qubada 11,2%, Bakıda 10%, Biləsuvarda 9,7%, Qusarda 9,6%, Göyçayda 9,3%, Sabirabadda 8,9%, Şəmkirdə 8,9%, Lənkəranda 7,8%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR