Baş direktor: "Növbəti məqsədimiz Avropa Akkreditasiya Təşkilatı ilə müqavilə bağlamaqdır"

Baş direktor: "Növbəti məqsədimiz Avropa Akkreditasiya Təşkilatı ilə müqavilə bağlamaqdır"
# 06 dekabr 2019 13:17 (UTC +04:00)

"Azərbaycanda kifayət qədər sertifikat verən orqan var. Sertifikat vermək eyni zamanda uyğunluğu təsdiq etməkdir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev bildirib.

Onun sözlərinə görə, akkreditasiya orqanı həmin sertifikat verən orqanların müəyyən standartlara, tələblərə cavab verdiyini təsdiq edir. N.Əliyev bildirib ki, bu fəaliyyət Avropa standartlarına uyğun aparılsa, Azərbaycanın Avropa Akkreditasiya Təşkilatı ilə müqavilə bağlamaq imkanı olacaq. Baş direktor deyib ki, bunun əsasında Azərbaycanda verilən sertifikatlar dünyada da tanınacaq:

"Son 2 il ərzində Azərbaycan Akkreditasiya Mərkəzi artıq Avropa Akkreditasiya təşkilatına və beynəlxalq laboratiyalar Assosiasiyalarına üzv şəklində daxil olub. Biz bütün tədbirlərdə iştirak edirik. Növbəti məqsədimiz isə müqavilə bağlamaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR