Bəhruz Əsgərov: "Sağlamlıq turizmi baxımından Naftalanın əlçatan olması ilə bağlı plan hazırlanıb"

Bəhruz Əsgərov: "Sağlamlıq turizmi baxımından Naftalanın əlçatan olması ilə bağlı plan hazırlanıb"
# 29 noyabr 2019 12:56 (UTC +04:00)

"Sağlamlıq turizmi baxımından Naftalan şəhərinin turistlər üçün necə əlçatan olması ilə bağlı plan hazırlanıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.

Onun sözlərinə görə, gələn il bu planın həyata keçirilməsi ilə məşğul olacağıq:

"Hazırda Naftalana ildə 36 min turist gəlir. Görülən işlərin nəticəsində yaxın illərdə Naftalana gələn turistlərin sayını il ərzində 60 minə çatdırmağı nəzərdə tuturuq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR