Bu il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 20 aprel 2021 12:20 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı illik ifadədə 8,4 dəfə azalaraq 111,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkə vətəndaşlarının 45,2%-i Türkiyəyə, 19,7%-i Rusiya Federasiyasına, 9,2%-i Gürcüstana, 6,9%-i İrana, 19%-i digər ölkələrə səfər edib. Gedənlərin 75%-ni kişilər, 25%-ni qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.

2021-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5%-i hava, 25,8%-i dəmir yolu və avtomobil, 6,7%-i isə dəniz nəqliyyatından istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR