PATA ilk vebinarını Azərbaycana həsr edib

#
# 11:15
20 avqust 2020

Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) “BBC World News” ilə birgə bir sıra “PATA Destination Insight” vebinarlarını keçirəcək.

"APA-Economics"in "Breaking travel news"a istinadən verdiyi məlumata görə, vebinarlar BBC-nin aparıcısı və yüksək səviyyəli qonaqlar arasında təşkil olunacaq söhbətlərdən ibarətdir.

İlk buraxılış zəngin mədəniyyətə, qədim irsə, heyrətamiz təbiətə və isti qonaqpərvərliyə malik olan Azərbaycana həsr olunacaq.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmid "Travel Show"un aparıcısı Rajan Datar ilə Azərbaycana səyahət, ölkədə turizmin hazırkı vəziyyəti və bərpa planlarını müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR