Qobustandakı palçıq vulkanlarından birinin ərazisində böyük turizm kompleksi yaradılacaq

Qobustandakı palçıq vulkanlarından birinin ərazisində böyük turizm kompleksi yaradılacaq
# 29 noyabr 2019 12:14 (UTC +04:00)

"2020-ci ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük turizm kompleksinin yaradılması nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: "Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək".

Aparat rəhbəri bildirib ki, hazırda palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri artıq yekunlaşdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR