“Ryanair”in sərnişin daşımaları 70% azalıb

#
# 12:39
4 avqust 2020

"Ryanair" büdcə aviaşirkəti iyul ayı ərzində 4,4 mln. sərnişinin daşınmasını həyata keçirib ki, bu da illik müqayisədə 70% azdır.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, aviaşirkət özünün normal iyul uçuş cədvəlinin cəmi 40%-ni yerinə yetirib. Uçuşlar zamanı təyyarələrin ortalama 72%-i dolub.

Qeyd edək ki, "Ryanair" COVID-19 pandemiyası səbəbi ilə bu il üçün sərnişin daşımaları üzrə hədəfini azaldıb və virusun ikinci dalğasının sözügedən hədəfi gələcəkdə daha da azaldacağını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR