"Wizz Air" 7 ölkəyə uçuşları bərpa edir

"Wizz Air" 7 ölkəyə uçuşları bərpa edir
# 27 aprel 2020 15:36 (UTC +04:00)

Macarıstanın "Wizz Air" aviaşirkəti Londonun "Luton" hava limanından 7 ölkəyə uçuşları bərpa edir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar Macarıstan (Budapeşt), Rumıniya (Kluj-Napoka, Konstanta, Timişoara, Krayova, Yassı, Suçava, Tırqu-Mureş və Satu-Mare), Serbiya (Belqrad), Slovakiya (Bratislava və Koşitse), Portuqaliya (Lissabon), İspaniya (Tenerife) və İsrail (Təl-Əviv) şəhərlərinə bərpa olunacaq.

Aviaşirkət, sosial məsafəni dəstəkləmək və təyyarədəki təmizliyi artırmaq üçün "yeni protokollar" tətbiq edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR