Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvar-fevralda 12%-dən çox artıb

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvar-fevralda 12%-dən çox artıb
# 03 aprel 2020 12:06 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artaraq 820,6 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkə vətəndaşlarının 38,4%-i İrana, 29,1%-i Gürcüstana, 17,3%-i Rusiyaya, 9,9%-i Türkiyəyə, 5,3%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8%-ni kişilər, 32,2%-ni isə qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9%, İrana gedənlərin sayı 13,4%, Türkiyəyə gedənlərin sayı 8,7% artıb, Rusiyaya gedənlərin sayı isə 1,7% azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1%-i dəmir yolu və avtomobil, 15,2%-i hava, 0,7%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR