Rusiyanın daha dörd şəhərindən Bakıya uçuşlar bərpa olunur

Rusiyanın daha dörd şəhərindən Bakıya uçuşlar bərpa olunur
# 16 may 2021 12:36 (UTC +04:00)

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir.

"APA-Economics"in aviaşirkətin rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək.

Mayın 19-dan etibarən "Nordwind" Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır.

"Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR