Vasili İstratov: “ABŞ-ın Qafqazda quraşdırmaq istədiyi Raket Hücumundan Müdafiə sistemi Rusiyaya qarşı yönəlsə, müvafiq reaksiya verəcəyik”

Vasili İstratov: “ABŞ-ın Qafqazda quraşdırmaq istədiyi Raket Hücumundan Müdafiə sistemi Rusiyaya qarşı yönəlsə, müvafiq reaksiya verəcəyik”
# 05 mart 2007 17:35 (UTC +04:00)
“ABŞ-ın Şərqi Avropada Raket Hücumundan Müdafiə sisteminin yerləşdirilməsi planı çərçivəsində Qafqazda radar sistemi qurmaq niyyətinin Rusiyaya heç bir aidiyyəti yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Pentaqonun rəsmi nümayəndəsi, general-leytenant Henri Oberinqin açıqlamasına münasibət bildirərkən deyib. Səfirin sözlərinə görə, bu məsələ daha çox Raket Hücumundan Müdafiə sistemini quraşdıran və öz ərazisini bunun üçün təqdim edən dövlətlərə aiddir: “Məncə, bu barədə qəbul olunmuş qərardan danışa bilmərik. Biz belə başa düşürük ki, Raket Hücumundan Müdafiə sistemi Rusiyaya qarşı yönəlməyəcək. Əks halda, biz buna müvafiq reaksiya verəcəyik”.
Səfir Qəbələ RLS-in icarə haqqına yenidən baxılacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. V. İstratov qeyd edib ki, müqavilənin şərtləri hər iki tərəfi təmin edir: “Əgər tərəflərdən birinin müqavilə ilə bağlı hər hansı narazılığı meydana çıxarsa, müqavilənin şərtlərinə uyğun olaraq buna yenidən baxıla bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR