ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli Milli Məclisin deputatları ilə görüşüb

ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli Milli Məclisin deputatları ilə görüşüb
# 28 mart 2007 17:57 (UTC +04:00)
Bu gün ABŞ-ın ATƏT-dəki səfiri, xanım Culi Finli ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersinin iqamətgahında Milli Məclisin deputatları Çingiz Əsədullayev, Azər Əmraslanov və Nəsib Nəsibli ilə görüşüb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi, o cümlədən iqtisadi vəziyyət müzakirə mövzusu olub. C. Finli Milli Məclisin deputatları ilə öz təəssüratlarını bölüşüb. O bildirib ki, Azərbaycanın inkişafını Bakıda aparılan tikintilərdən də hiss edir. Bunu iqtisadiyyatın inkişafı kimi dəyərləndirən səfir bununla belə, Azərbaycanın neftdən gələn gəlirlərdən düzgün və şəffaf istifadə etməsinin vacibliyini qeyd edib. C. Finli Azərbaycanda orta təbəqənin inkişafının zəruriliyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR