Qüdsi Osmanov Sankt-Peterburq Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Qüdsi Osmanov Sankt-Peterburq Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri ilə görüşüb
# 30 mart 2007 07:56 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov şəhər hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri Sergey Qrişinlə görüşüb. Baş konsulluqdan APA-ya verilən məlumata görə, görüşdə müxtəlif elmi-praktik konfranslarda iştirak etməklə gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət, beynəlxalq tələbə mübadiləsi, yay istirahət düşərgələrinin təşkili, insan haqları və tolerantlıq mövzusunda beynəlxalq seminar və treninqlərin keçirilməsi məsələləri müzakirə edilib. S. Qrişin qeyd edib ki, başçılıq etdiyi komitə Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında gənclər siyasəti sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün lazımi işləri görməyə hazırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR