Hüseyn Avni Qarslıoğlu: “Yaşadığımız acıların gerçək üzünü dünyaya tanıtdırmağın vaxtıdır”

Hüseyn Avni Qarslıoğlu: “Yaşadığımız acıların gerçək üzünü dünyaya tanıtdırmağın vaxtıdır”
# 30 mart 2007 12:28 (UTC +04:00)
“Türklər olaraq bacarıqsızıq olmağımızı etiraf etməliyik. Dərdlərimizi öz ürəyimizdə yaşayırıq və problemlərimizi dünya ictimaiyyətinə çatdırmırıq, bunu reklam etmirik. Bizim yaşadığımız acıların gerçək üzünü tanıtdırmağın vaxtıdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlu deyib. Onun sözlərinə görə, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımların ortaya çıxarılması vacibdir. Səfir bildirib ki, bunun üçün Türkiyə daima Azərbaycana kömək edəcək. H.A.Qarslıoğlu Azərbaycanla Türkiyənin birləşərək bu problemi çözəcəyinə inandığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR