Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov: “Cənubi Qafqazda Bakı ilə Tiflis arasında əməkdaşlıq regional kooperasiya nümunəsi kimi dəyərləndirilməlidir”

Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov: “Cənubi Qafqazda Bakı ilə Tiflis arasında əməkdaşlıq regional kooperasiya nümunəsi kimi dəyərləndirilməlidir”
# 31 mart 2007 09:31 (UTC +04:00)
“Cənubi Qafqazda Bakı ilə Tiflis arasında əməkdaşlıq regional kooperasiya nümunəsi kimi dəyərləndirilməlidir”. APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirləri Harvard Universitetinin Qara Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində keçirilən “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı tədbirdə Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov söyləyib. Baş konsul diqqəti Cənubi Qafqaz regionunda reallaşdırılan transmilli layihələrə yönəldərək Azərbaycan və Gürcüstanın həm ABŞ, həm də Avropa üçün alternativ enerji dəhliz olduğunu, eyni zamanda mədəni dialoqun qurulmasında vacib rol oynadığını deyib. Qeyd edək ki, martın 29-da Fletcher Hüquq və Diplomatiya Məktəbinin Fares Mərkəzində də Rusiyanın Yaxın Şərqdəki rolu ilə bağlı müzakirələr keçirilib. Dinləmələrdə Azərbaycan və Gürcüstan rəsmiləri regionun gələcək inkişafı, yerli konfliktlərin həll olunma prinsipləri ilə bağlı eyni mövqelərdən çıxış ediblər. Tədbir iştirakçıları Cənubi Qafqazın üç ölkəsindən ikisinin bir çox məsələlərdə analoji yanaşmaya malik olmasını xüsusi qeyd ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR