Böyük Britaniyanın Azərbaycandakı səfirliyi biometrik vizaların verilməsinə başlayır

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi biometrik vizaların verilməsinə başlayır
# 02 aprel 2007 15:17 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi aprelin 3-dən yeni növ biometrik vizaların verilməsinə başlayır. Səfirlikdən APA-ya verilən məlumata görə, viza üçün müraciət edən hər bir şəxsin viza şöbəsinə şəxsən gələrək biometrik məlumatı təqdim etməsi tələb olunacaq. Bu proses bir neçə saniyə ərzində barmaq izlərinin elektron formada götürülməsi şəklində həyata keçirilir və zərərsizdir. Viza üçün müraciət edən bəzi kateqoriyalardan olan şəxslər biometrik məlumatın toplanmasından azaddırlar. Bura nazirlər və 5 yaşına qədər uşaqlar aiddir. Bütün istisnaların tam siyahısını səfirliyin internet səhifəsindən (www.britishembassy.az) əldə etmək mümkündür.
Qeyd edək ki, 2006-cı ilin dekabr ayında Böyük Britaniya səfirinin müavini Kolin Vels yeni biometrik Britaniya vizalarının tətbiq olunacağını elan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR