Rusiya səfiri azərbaycanlıların Rusiyadan kütləvi deportasiyasının baş verməyəcəyini bildirib

Rusiya səfiri azərbaycanlıların Rusiyadan kütləvi deportasiyasının baş verməyəcəyini bildirib
# 03 aprel 2007 13:19 (UTC +04:00)
“Azərbaycanlıların Rusiyadan hər hansı kütləvi deportasiyası baş verməyəcək”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Yeni miqrasiya qanunvericiliyinin qüvvəyə minməsinə münasibət bildirən diplomat hələlik nəticə çıxarmağa tələsməməyi və situasiyanın inkişafını bir qədər gözləməyi məsləhət görüb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə Azərbaycan diasporasının Rusiya ərazisində özünü yaxşı hiss etdiyini vurğulayıb: “Biz bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyətdən razıyıq və iki ölkənin miqrasiya xidmətlərinin əlaqələrinin inkişafına ümid edirik. Azərbaycan bu sahədə bütün problemlərin müsbət yöndə həll edilməsindən məmnundur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR