Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Komi Muxtar Respublikasının rəhbəri ilə görüşüb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Komi Muxtar Respublikasının rəhbəri ilə görüşüb
# 05 aprel 2007 14:05 (UTC +04:00)
Sankt-Peterburq şəhərinin “Sankt-Peterburq Millətlər Evi”nin binasında Finn-Uqor Mədəniyyət Mərkəzinin prezentasiyası çərçivəsində Komi Muxtar Respublikasının rəhbəri Vladimir Torlopov ilə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov arasında görüş keçirilib. Baş konsulluqdan APA-ya verilən məlumata görə, tədbirdə Rusiya Federasiyası prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsi İ.Klebanov, RF-nin mədəniyyət və kinematoqrafiya agentliyinin rəhbəri M.Şvıdkoy, Leninqrad vilayətinin vitse-qubernatoru V.Markov, Sankt-Peterburq beynəlxalq əlaqələr komitəsinin sədri A.Proxorenko, RF-nin Şimal-Qərb regionunun dövlət hakimiyyət orqanlarının rəhbərləri, elmi-ictimai və milli-mədəni muxtariyyətlərin (o cümlədən azərbaycanlıların) nümayəndələri də iştirak ediblər. Tədbir zamanı Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyətinin icraçı direktoru A.Qasımov, diasporanın gənclər cəmiyyətinin rəhbəri E.Hacıyev iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR