Çin xarici işlər naziri Li Zoaxinq: “Azərbaycanla Çin arasında münasibətlər ənənəvi dostluqdan aktiv əməkdaşlığa keçib”

Çin xarici işlər naziri Li Zoaxinq: “Azərbaycanla Çin arasında münasibətlər ənənəvi dostluqdan aktiv əməkdaşlığa keçib”
# 06 aprel 2007 08:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bəyanatda ölkələrimiz arasında hələ Böyük İpək Yolu dövründən bəri münasibətlərin mövcudluğu vurğulanıb: “Azərbaycan və Çin Xalq Respublikası yüzilliklər ərzində ticarət və digər sahələrdə əməkdaşlıq ediblər. Son 15 il ərzində isə ölkələrimiz arasında əməkdaşlıq dinamik xarakter alıb və ənənəvi dostluq münasibətlərindən aktiv əməkdaşlığa keçib. Hazırda iki ölkə arasında illik ticarət dövriyyəsi 386 milyon dollar təşkil edir, ötən bir il ərzində ticarət dövriyyəsinin həcmi 42,9 faiz artıb. İkitərəfli əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri də əhəmiyyətli rol oynayıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR