Ciddədə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü toplantısına hazırlıq iclası keçiriləcək

Ciddədə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü toplantısına hazırlıq iclası keçiriləcək
# 09 aprel 2007 13:00 (UTC +04:00)
Aprelin 14-16-da Ciddədə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü toplantısına hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, toplantıya hazırlıqla bağlı Ciddədə keçiriləcək ekspertlər qrupunun toplantısına xarici işlər nazirinin müavini Vaqif Sadıxov qatılacaq. Hazırlıq iclasında Azərbaycanla bağlı üç qətnamənin qəbul olunacağı gözlənilir. Qeyd edək ki, toplantıda İKT Xarici İşlər Nazirləri Şurasına sədrlik Azərbaycandan Pakistana keçəcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov adı çəkilən quruma ötən ilin yayından sədrlik edib. İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası 2006-cı ilin iyununda Bakıda keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR