Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ Konqresində çıxış edib

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ Konqresində çıxış edib
# 10 aprel 2007 09:02 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, qadın səfirlərin toplantısının 12-ci ildönümünə həsr olunmuş bu konfrans konqresmen Eddi Cons və Harvard Universiteti tərəfindən təşkil olunub. Səfir çıxışında dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin böyük əraziləri əhatə etdiyini və çoxlu sayda insanın bu konfliktlərdən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, münaqişələrin baş verməsində beynəlxalq və transmilli şirkətlər, həmçinin silah satışı ilə məşğul olan hökumətlər maraqlıdırlar. Münaqişələrdən daha çox qadın və uşaqların əziyyət çəkdiyini deyən diplomat dövlətləri və qeyri-hökumət təşkilatlarının qadın və uşaqların hüquqlarına daha çox diqqət yetirməyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR