Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Voloqodsk vilayətinə səfər edib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Voloqodsk vilayətinə səfər edib
# 13 aprel 2007 11:09 (UTC +04:00)
Aprelin 12-də Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyətinin Voloqodsk vilayətinə səfəri başlayıb. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, Q. Osmanov Voloqodsk vilayəti qubernatorun 1-ci müavini N. Vinoqradovla görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Voloqodsk vilayəti arasında iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub, regionda yaşayan 6000-a yaxın azərbaycanlının həyat tərzindən, qarşılaşdıqları problemlərdən və bu problemlərin həlli yolunda görülən işlərdən söz açılıb. Tərəflər Voloqodsk vilayətinin Çerepovets şəhərində cari ilin oktyabr ayında keçiriləcək beynəlxalq layihədə Azərbaycanın “Muğam trio”su ilə təmsil edilməsi və 2008-ci ildə regionda Azərbaycan günlərinin keçirilməsi barədə razılıq əldə ediblər. Q. Osmanov vilayətin Qanunvericilik Şurasının sədri N. Tixomirov, Voloqda şəhərinin meri A. Yakuniç, Rusiya prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Voloqodsk vilayətindəki federal inspektoru S. Pastuxov və Voloqodsk vilayətinin Federal Miqrasiya Xidmətinin rəhbəri B. Kotovla da görüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR