Diplomatik Akademiyada “Mühazirəçi qonaqlar” adlı silsilə tədbirlər keçirilib

Diplomatik Akademiyada “Mühazirəçi qonaqlar” adlı silsilə tədbirlər keçirilib
# 13 aprel 2007 14:15 (UTC +04:00)
Diplomatik Akademiya bu həftə ərzində “Mühazirəçi qonaqlar” adlı silsilə tədbirlər çərçivəsində müxtəlif ölkələrdən gələn nüfuzlu şəxslərin və dövlət xadimlərinin Xarici İşlər Nazirliyinin işçiləri ilə görüşlərini və müxtəlif mövzularda müzakirələrini təşkil edib. Akademiyadan APA-ya verilən məlumata görə, bu gün akademiyanın rektoru Hafiz Paşayev Böyük Britaniya Lordlar Palatasının üzvü, keçmiş energetika və nəqliyyat naziri Devid Hauell ilə görüşüb. Görüşdən sonra D. Hauell XİN əməkdaşları qarşısında “Qlobal enerji təhlükəsizliyi və ətraf mühitin qorunması” mövzusunda çıxış edib və sualları cavablandırıb. Bundan başqa, qərargahı Brüsseldə yerləşən “European Stability İnitiative” təşkilatının təmsilçiləri akademiyada “Türkiyə Avropa İttifaqına qoşulacaqmı?” mövzusunda təqdimat keçirib və sualları cavablandırıblar. Aprelin 16-da isə ABŞ Milli Hərbi Kollecinin yüksək rütbəli əməkdaşlarının iştirakı ilə “ABŞ-Azərbaycan münasibətlərinin hərbi və siyasi aspektləri” mövzusunda dəyirmi masa keçirilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR