Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun Voloqodsk vilayətinə səfəri başa çatıb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun Voloqodsk vilayətinə səfəri başa çatıb
# 16 aprel 2007 09:58 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyətinin Voloqodsk vilayətinə səfəri başa çatıb. Konsulluqdan APA-ya verilən məlumata görə, aprelin 13-də Q. Osmanov Voloqodsk vilayətinin Çerepovets şəhərinin meri O. Kuvşinnikov ilə görüşü keçirilib. Görüş zamanı həmin şəhərdə yaşayan soydaşlarımızın həyat tərzi, leqallaşma prosesinə cəlb olunması kimi məsələlər müzakirə olunub. Q. Osmanov Çerepovets şəhərində yaşayan soydaşlarımızla da görüşüb. Voloqodsk vilayəti administrasiyası ilə əldə olunmuş razılığa əsasən, yaxın zamanlarda baş konsulluğun konsulu və baş konsulluğa ezam edilmiş DİN-in Pasport, Viza və Qeydiyyat İdarəsinin əməkdaşı soydaşlarımıza leqallaşma prosesində hüquqi yardım göstərilməsi, müvafiq arayışların verilməsi və ümumvətəndaş pasportları ilə təmin olunması üçün sənədləşdirmə məqsədi ilə vilayətə ezam olunacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR