Azərbaycanlı tələbələr “Qərbi Sibirin yanacaq-energetika kompleksi üçün müasir texnologiyalar” mövzusunda keçiriləcək konfransa qatılacaqlar

Azərbaycanlı tələbələr “Qərbi Sibirin yanacaq-energetika kompleksi üçün müasir texnologiyalar” mövzusunda keçiriləcək konfransa qatılacaqlar
# 17 aprel 2007 12:18 (UTC +04:00)
Azərbaycanlı tələbələr “Qərbi Sibirin yanacaq-energetika kompleksi üçün müasir texnologiyalar” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı fəxri konsulu Qüdsi Osmanov məlumat verib. O, konfransın aprelin 18-də Tümen Dövlət Neft-Qaz Universitetində keçiriləcəyini deyib. Konfransın məqsədi neft-qaz sahəsində tələbə və gənclərin elmi araşdırmalarının müzakirəsidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR