Sankt-Peterburqda həmyerlimiz, şərqşünas Teodor Şumovskinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Sankt-Peterburqda həmyerlimiz, şərqşünas Teodor Şumovskinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib
# 21 aprel 2007 12:00 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə bu gün Sankt-Peterburq şəhərində görkəmli şərqşünas, tarix elmləri doktoru Teodor Adamoviç Şumovskinin həyat və yaradıcılığına həsr olunmuş “Dörd ölkə - bir tale” adlı tədbir keçirilib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.
Dünya miqyasında “Quran”ın elmi-bədii tərcüməçisi kimi tanınan, milliyətcə polyak olan T.Şumovski 1913-cü ildə Ukraynada anadan olub və iki yaşından Azərbaycanda yaşayıb. Öz xatirələrində görkəmli alim peşə seçimində məhz qədim Qarabağ torpağının, Şuşanın, Şamaxının böyük rol oynadığını qey edib. Şamaxıdakı məscidlər və müqəddəs ocaqlar alimdə şərqşünaslığa böyük maraq yaradıb.
Tədbirdə Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, tanınmış alimlər və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən baş konsul Q.Osmanov azərbaycanlı şərqünaslar, Sankt-Peterburq Dövlət Universitetinin ilk dekanı Mirzə Kazımbəydən, Aidə xanım İmanquliyevadan və T.Şumovski haqqında söz açaraq, onların yalnız Azərbaycanın deyil, bütün dünya elmində (o cümlədən şərqşünaslıq və ərəbşünaslıq sahələrində) mühüm iz qoyduqlarını qeyd edib. Həmçinin, tədbir zamanı T.Şumovskinin “Şərqdən işıq” adlı kitabının təqdimatı keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR