Türkmənistanın ABŞ-dakı səfiri Mered Orazov: “Rəsmi Aşqabad Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasında maraqlıdır”

Türkmənistanın ABŞ-dakı səfiri Mered Orazov: “Rəsmi Aşqabad Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasında maraqlıdır”
# 23 aprel 2007 09:10 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Monta Universitetində təşkil olunan “5-ci Cənub Qərbi və Orta Asiya” konfransında çıxış edən səfir deyib ki, Azərbaycan Cənubi Qafqazın liderinə çevrilib və Türkmənistan rəsmi Bakı ilə münasibətlərin daha da yaxınlaşmasında maraqlıdır. Qeyd edək ki, səfir M. Orazov Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfatından sonra ilk dəfədir ki, bu konfransa qatılır. Konfransda məşhur jurnalist Tomas Qoltzun sədrliyi ilə “Azərbaycan: Xəzər dənizinin Küveyti” mövzusu müzakirələr də keçirilib. Tədbirdə Azərbaycanın Los-Angelesdəki baş konsulu Elin Suleymanov Azərbaycanın bütün regionun neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün hər cür imkanlarına malik olduğunu deyib. O, eyni zamanda Şərqlə Qərb arasında yük daşımalarının həyata keçirilməsində Azərbaycanın strateji əhəmiyyət kəsb etdiyini deyib və buna sübut kimi inşasına başlanan Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsini göstərib. Baş konsul, həmçinin, Azərbaycanın bugünkü siyasi kursunun əsas prioritetləri barədə də danışıb. ABŞ-Azərbaycan Ticarət Palatasının sədr müavini Taleh Ziyadov isə regional əməkdaşlıqdan və ölkəmizdə mövcud olan biznes imkanlardan söz açıb. Günün sonunda Monta Universitetində Heydər Əliyev Fondu və Azərbaycanın Los-Angelesdəki Baş Konsulluğunun dəstəyi ilə gənc fotoqraf Aqdaş Bağırzadənin “Salam Azərbaycan” adlı fotosərgisi təşkil olunub. Daha sonra isə Muğam Cəmiyyətinin prezidenti Cefri Verbaxın ifasında muğam konserti verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR