Hüquq müdafiəçiləri ATƏT-in Bakı Ofisinin rəhbəri ilə görüşüblər

Hüquq müdafiəçiləri ATƏT-in Bakı Ofisinin rəhbəri ilə görüşüblər
# 23 aprel 2007 11:58 (UTC +04:00)
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüblər. APA-nın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Onun sözlərinə görə, görüşdə ölkədəki ictimai-siyasi durum müzakirə olunub. Hüquq müdafiəçiləri “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynulla Fətullayevin həbsindən narahat olduqlarını ATƏT-in Bakı Ofisinin rəhbərinin diqqətinə çatdırıblar. S. Qocamanlı deyib ki, diplomat görüşdə qaldırılan məsələləri diqqətdə saxlayacağına söz verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR