Piter Semnebi mayın ortalarında işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək

Piter Semnebi mayın ortalarında işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək
# 26 aprel 2007 08:18 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi verib. O, mətbuatda hər hansı şəxsə böhtan atılmasına görə cinayət məsuliyyətinin konkret standartlarının olmadığını deyib:“Bizim əsas fikrimiz ondan ibarətdir ki, jurnalisti yazdığı yazılara görə həbsxanaya atmaq olmaz. Mən bu problemlə digər ölkələrdə də qarşılaşmışam. Təcrübəyə əsasən deyə bilərəm ki, vəziyyətdən ən yaxşı çıxış yolu böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddəni Cinayət Məcəlləsindən çıxarmaqdır”. Piter Semnebi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və digər jurnalistlərin həbsindən narahat olduğunu bildirib: “Əminəm ki, Bakıda olduğum qısa müddət ərzində bu məsələləri Azərbaycanın rəsmi şəxsləri ilə müzakirə edə biləcəyəm”. Piter Semnebi işğal altında olan Dağlıq Qarabağ bölgəsinə növbəti səfərinin mayın ortalarında baş tutacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR