Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri ölkədə tolerantlığın səviyyəsini yüksək qiymətləndirirlər

Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri ölkədə tolerantlığın səviyyəsini yüksək qiymətləndirirlər
# 26 aprel 2007 09:20 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia verib. Azərbaycanda dini və milli tolerantlığın qədim tarixi ənənələrə söykəndiyini, Avropanın bu xüsusiyyəti yüksək qiymətləndirdiyini deyib. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola da APA-ya açıqlamasında Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanda tolerantlığın səviyyəsi çox yüksəkdir, ölkəniz bu xüsusiyyətinə görə bir çox ölkələrdən öndədir. Azərbaycan etnik və dini tolerantlığa malik ölkə kimi digər dövlətlərə gözəl nümunədir”. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Uilyam Tol da APA-ya bildirib ki, Azərbaycan tolerantlığın yüksək səviyyəsi ilə fəxr edə bilər: “Lakin mən hesab edirəm ki, Azərbaycan da digər ölkələr, o cümlədən ABŞ kimi bu məsələ üzərində daha ciddi işləməlidir. Biz qaçqınlarla işləyirik və bu günə kimi bizə qeyri-tolerantlıqla bağlı şikayət daxil olmayıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR