Səfir Ann Dersi: “ABŞ-ın Azərbaycana, Dağlıq Qarabağa dair siyasəti dəyişməyib”

Səfir Ann Dersi: “ABŞ-ın Azərbaycana, Dağlıq Qarabağa dair siyasəti dəyişməyib”
# 26 aprel 2007 11:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Dövlət Departamentinin 2006-cı ildə insan haqlarına dair hesabatını əvvəlki vəziyyətinə qaytarılması məsələsinə münasibət bildirərkən deyib. Səfir hesabata yenidən dəyişiklik edildiyini xatırladaraq, bu dəyişikliyin Dövlət Departamentinin rəsmi saytında da əksini tapdığını söyləyib.
ABŞ-la Azərbaycan arasında təhlükəsizliyə dair məsləhətləşmələrin təxirə salınmasına münasibət bildirən səfir məsləhətləşmələrin yaxın vaxtlarda baş tutacağına ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə Azərbaycan tərəfi ilə danışırlar aparıldığını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR