Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev sabah Kubaya səfər edəcək

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev sabah Kubaya səfər edəcək
# 26 aprel 2007 16:11 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev sabah Kubaya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib. Aqşin Mehdiyev həm də Azərbaycanın Kubada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir. Dörd gün davam edəcək səfər çərçivəsində səfir öz etimadnaməsini Kuba rəhbərliyinə təqdim edəcək. Onun Kuba prezidenti Fidel Kastro və xarici işlər naziri Peres Roke ilə görüşü də gözlənilir. Aqşin Mehdiyevin səfəri zamanı Azərbaycanla Kuba arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi də nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR