Almaniya səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramına ərizələrin qəbulunu elan edir

Almaniya səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramına ərizələrin qəbulunu elan edir
# 27 aprel 2007 13:43 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramına ərizələrin qəbulunu elan edir. Səfirlikdən APA-ya verilən məlumata görə, Almaniya Bundestaqı və Berlin universitetləri tərəfindən həyata keçirilən proqramda iştirak etməklə “Beynəlxalq parlament təqaüdü” (İnternationales Parlaments Stipendium İPS) əldə etmək olar. Proqramın əsas məqsədi gənclərin demokratiyaya və cəmiyyətə maraqlarını artırmaq və onların demokratik həyatda iştirakını həvəsləndirməkdir. “Beynəlxalq parlament təqaüdü” (İPS) demokratik dəyərlərin və tolerantlığın möhkəmlənməsinə, mədəni müxtəlifliyin və sülh şəraitində yaşayışın dəstəklənməsinə qoyulan uzunmüddətli sərmayədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR