“Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin keçirilmə tarixi hələ məlum deyil

“Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin keçirilmə tarixi hələ məlum deyil
# 27 aprel 2007 15:05 (UTC +04:00)
“Azərbaycan və ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin keçirilmə tarixi hələ məlum deyil”. Bu barədə APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.
C. Henikin sözlərinə görə, hazırda görüşün keçiriləcəyi tarix dəqiqləşdirilir: “Həm ABŞ, həm də Azərbaycan tərəfi görüşün yaxın vaxtlarda keçirilməsini istəyir”.
C. Henik bildirib ki, görüşdə ümumi təhlükəsizlik sahəsində əməkdaşlıq, iki tərəfli hərbi əməkdaşlıq, Azərbaycan hərbçilərinin İraq və Əfqanıstandakı fəaliyyəti, terrorizmlə mübarizə planları, regional təhlükəsizlik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, məsləhətləşmələr aprelin 23-24-də Vaşinqtonda keçirilməli idi. ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabatına edilmiş düzəlişdə Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı faktının çıxarılmasına etiraz olaraq, Azərbaycan hökuməti məsləhətləşmələrdə iştirakdan imtina etmişdi. Sonradan Dövlət Departamenti yenidən yenidən yanlışlığı düzəltdiyi üçün Azərbaycan məsləhətləşmələrin keçirilməsində problem olmadığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR