Azərbaycan vətəndaşları Almaniya parlamentində təcrübə keçmək imkanı əldə ediblər

Azərbaycan vətəndaşları Almaniya parlamentində təcrübə keçmək imkanı əldə ediblər
# 30 aprel 2007 10:55 (UTC +04:00)
Bu ildən etibarən bakalavr və magistr dərəcələrinə malik Azərbaycan vətəndaşları Almaniya parlamentində təcrübə keçmək imkanı əldə ediblər. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, cari ilin dekabrında Bundestaqın üzvlərindən birinin rəhbərliyi ilə Azərbaycana komissiya gələcək. Həmin komissiyanın keçirəcəyi imtahanlar və müsahibələr nəticəsində 5 nəfər seçilərək Berlinə göndəriləcək. Onların hərəsi bir alman deputatın yanında təcrübə keçəcək. Bu qayda hər il təkrarlanacaq. Müraciət edəcək şəxslərin alman və ya ingilis dilini bilmələri tələb olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR