Artur Lenk: “ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Türkiyə və Azərbaycana böyük hörmət bəsləyir”

Artur Lenk: “ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Türkiyə və Azərbaycana böyük hörmət bəsləyir”
# 29 avqust 2007 11:59 (UTC +04:00)
“ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının nümayəndələri ilə söhbətlərimdə mənə bəlli olub ki, onlar Türkiyəyə və xüsusi olaraq Azərbaycana çox böyük hörmət və rəğbət bəsləyir. Son illərdə bu münasibət daha da artıb”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-da fəaliyyət göstərən Anti-Diffamasiya Liqasının (ADL) uydurma “erməni soyqırımı”nı tanıyacağı barədə açıqlamasına münasibət bildirən İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib. Onun sözlərinə görə, yəhudi xalqı həm öz faciələrinə, həm də digər xalqların faciələrinə çox diqqətlə yanaşır. O xatırladıb ki, İsrail prezidenti Şimon Peres Türkiyə hökumətinə müraciətində bildirib ki, İsrailin bu məsələdə mövqeyi dəyişməyib və dəyişməz olaraq qalacaq: “Təşkilatlar öz siyasətlərini müstəqil yürüdürlər, hər hansısa bəyanatlar verirlər, amma mən, İsrail hökumətinin təmsilçisi olaraq, bir daha bəyan edirəm ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR