ABŞ səfiri Ann Dersi Ağcabədi rayonuna səfər edib

ABŞ səfiri Ann Dersi Ağcabədi rayonuna səfər edib
# 30 avqust 2007 09:50 (UTC +04:00)
Şahin Məmmədov deyib ki, Ağcabədi rayon mərkəzi və ətraf kəndlərində pərakəndə olaraq 15 927 məcburi köçkün məskunlaşıb, rayonun 50 kilometrlik ərazisi ermənilərin işğal etdiyi Azərbaycan əraziləri ilə təmas xətti hesab edilir. O bildirib ki, müharibə dövrində ermənilər rayonun Yuxarı Qiyamaddınlı kəndini işğal etməyə müvəffəq olublar, qısa müddətdən sonra kəndi tərk edən düşmən 100-dən çox evi yandırıb. Kənd sakinləri yenidən öz yaşayış məntəqələrinə qayıdıb və hazırda həmin ərazidə yaşayırlar. ABŞ səfiri Ann Dersi bildirib ki, bu günə kimi Vaşinqton Azərbaycana 325 milyon dollar dəyərində humanitar yardım edib: “ABŞ Azərbaycan ərazilərinin sülh yolu ilə azad edilməsini, öz evlərini tərk etmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasını istəyir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu bütövlüyün təmin olunması üçün özünün xoş niyyətli diplomatiyasını həyata keçirməyə çalışacaq”. Səfir bildirib ki, onun Ağcabədi rayonuna səfərinin əsas məqsədi burada məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə yaxından tanış olmaq, onlar barədə kifayət qədər məlumat əldə etməkdir. Qeyd edək ki, ABŞ səfiri səfər çərçivəsində Taxtakörpü qəsəbəsində Laçından olan məcburi köçkünlər üçün Amerika Dövlət Departamentinin ayırdığı vəsait hesabına inşa edilmiş hospitalın açılışında iştirak edəcək, Dövlət Departamenti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına məcburi köçkünlərin çalışdığı pendir istehsal edən müəssisə ilə tanış olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR