Xəzər İbrahim: “Rusiyanın notasında nə yazılacağını biləndən sonra cavab üzərində düşünəcəyik”

Xəzər İbrahim: “Rusiyanın notasında nə yazılacağını biləndən sonra cavab üzərində düşünəcəyik”
# 30 avqust 2007 15:08 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim verib. Rusiya səfiri Vasili İstratovun diplomatik yazışmalara dair bugünkü fikirlərini şərh edən XİN rəsmisi Azərbaycanın bütün dünya ölkələrinin yararlandığı yazışma formasından istifadə etdiyini deyib: “Bu, normal yazışma formasıdır və bütün dünya ölkələrində istifadə olunur. Rusiya Federasiyası ilə ölkəmiz arasında da bu cür rəsmi ünsiyyət forması mövcuddur. İndiki situasiyada Rusiyanın da notadan istifadə etməsi normal metoddur”. Xəzər İbrahim Rusiyadan Azərbaycana nota daxil olacağı təqdirdə bu sənədə digər notalar kimi baxılacağını deyib: “Biz notada nə yazılacağına baxandan sonra ona nə cavab veriləcəyi üzərində düşünəcəyik”. Qeyd edək ki, Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov Bakının mərkəzində çoxmərtəbəli binanın Rusiyadan olan terrorçular tərəfindən partladılması barədə mətbuatda gedən məlumatları təkzib edərkən ölkəmizə nota veriləcəyini istisna etməyib: “Rusiya mətbuatında Azərbaycan tərəfinin maraqlarına uyğun olmayan hər hansı materialla bağlı bizə nota ilə müraciət edilməsi praktikasına hörmətlə yanaşıram. Hesab edirəm ki, bəlkə də nota vermək növbəsi indi bizə çatıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR