Elmar Məmmədyarov Nyu-Yorkda kimyəvi silahlar haqqında konvensiyanın ildönümünə həsr olunmuş konfransda iştirak edəcək

Elmar Məmmədyarov Nyu-Yorkda kimyəvi silahlar haqqında konvensiyanın ildönümünə həsr olunmuş konfransda iştirak edəcək
# 31 avqust 2007 10:27 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda keçiriləcək kimyəvi silahlar haqqında konvensiyanın qəbulunun ildönümünə həsr olunmuş konfransda iştirakla bağlı Polşa və Hollandiya xarici siyasət idarələrinin dəvətini müsbət cavablandırıb. Bu barədə APA-ya Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski məlumat verib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının 62-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin konfransa qatılacaq. Bu konfrans GUAM ölkələri və Polşanın təşəbbüsü ilə keçirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR