Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana gələcək

Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana gələcək
# 03 sentyabr 2007 08:58 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetski məlumat verib. Səfir V. Yuşşenkonun Ukrayna şairi Taras Şevçenkonun Bakıda ucaldılan heykəlinin açılış mərasiminə qatılacağını bildirib. S. Volkovetski Ukrayna prezidentinin heykəlin açılış mərasiminə qatıla bilməyəcəyi təqdirdə, onu baş nazirin əvəz edəcəyini söyləyib.
T. Şevçenkoya heykəl ucaldılması üçün Bakının mərkəzində yer ayrılmasını təqdir edən diplomat heykəl üzərində tanınmış heykəltəraşlardan ibarət heyətin çalışdığını vurğulayıb. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR