İranın Azərbaycandakı səfiri: “İran vətəndaşlarının Dağlıq Qarabağ separatçılarının Silahlı Qüvvələrində xidmət etməsi barədə məndə hər hansı məlumat yoxdur”

İranın Azərbaycandakı səfiri: “İran vətəndaşlarının Dağlıq Qarabağ separatçılarının Silahlı Qüvvələrində xidmət etməsi barədə məndə hər hansı məlumat yoxdur”
# 04 sentyabr 2007 17:01 (UTC +04:00)
“İran vətəndaşlarının Dağlıq Qarabağ separatçılarının Silahlı Qüvvələrində xidmət etməsi barədə məndə hər hansı məlumat yoxdur”. APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare deyib. Onun sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir.
Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın ABŞ-a təklifinə toxunan İran səfiri bu məsələni həssaslıqla izlədiklərini bildirib: “Mənim fikrimcə, bu məsələ bizdən öncə Azərbaycan üçün çox həssas məsələdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR