Hüseyn Cavidin ev-muzeyində Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovla görüş keçirilib

Hüseyn Cavidin ev-muzeyində Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovla görüş keçirilib
# 05 sentyabr 2007 14:25 (UTC +04:00)
Bu gün Hüseyn Cavidin ev-muzeyində Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovla görüş keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, görüşdə AMEA-nın birinci vitse-prezidenti Arif Həşımov, vitse-prezident Nailə Vəlixanlı, Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov və başqaları iştirak ediblər. Daşkənddə yeni açılacaq Azərbaycan Tarixi Muzeyi haqqında məlumat verən Namiq Abbasov bu muzeydə Azərbaycanın tarixini, mədəniyyət və etnoqrafiyasını əks etdirən eksponatların yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib. O, bu eksponatların əldə olunması, eləcə də muzeyin mükəmməl və zəngin olması üçün digər materialların toplanmasında Azərbaycan alimlərinin yaxından köməklik etməsini xahiş edib. Filologiya elmləri namizədi Gülbəniz Babaxanlı, tarix elmləri namizədləri Cəbi Bəhramov, Nəcəf Müseyibli və başqaları çıxış edərək, bu işdə səfirliyə yaxından köməklik edəcəklərini vurğulayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR