Pekində Çin dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi keçiriləcək

Pekində Çin dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi keçiriləcək
# 06 sentyabr 2007 12:13 (UTC +04:00)
Sabah Pekində Çin dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan səfirliyində keçiriləcək təqdimat mərasimində Türkiyə və MDB ölkələrinin Çindəki səfirləri, yaxınlıqda yerləşən məktəblərin direktorları, Pekin Xarici Dillər Universitetinin nümayəndələri, Çin Xarici İşlər Nazirliyinin təmsilçiləri, həmçinin Azərbaycan-Çin Dostluq Qrupunun üzvləri dəvət olunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR