Zakir Həşimov etimadnaməsini Makedoniya prezidentinə təqdim edib

Zakir Həşimov etimadnaməsini Makedoniya prezidentinə təqdim edib
# 11 sentyabr 2007 14:33 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Azərbaycanın həm də Makedoniya Resrublikasındakı səfiri vəzifəsinin icrasına başlayıb. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Z. Həşimov bu gün Makedoniya prezidenti Branko Krvenkovski ilə görüşərək etimadnaməsini ona təqdim edib. Görüş zamanı səfir Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial inkişafı haqqında ətraflı məlumat verərək Dağlıq Qarabağ probleminin hələ də həll olunmadığını təəssüflə vurğulayıb. Azərbaycanın məsələnin sülh yolu ilə həlli tərəfdarı olduğunu söyləyən Z. Həşimov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların nəticəsiz qalmasına Ermənistanın qeyri-konstruktiv mövqeyinin səbəb olduğunu bildirib. Makedoniya prezidenti isə ikitərəfli münasibətlərin bundan sonra daha sıx şəkildə davam etdiriləcəyinə əminliyini ifadə edərək bu istiqamətdə səfir Z. Həşimovun xüsusi rol oynayacağına inandığını deyib. B. Krvenkovsaki Makedoniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağına ümid etdiyini vurğulayıb.
Z. Həşimov Makedoniyaya səfəri çərçivəsində bir sıra görüşlər də keçirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR