Sumqayıtda ABŞ Sülh Korpusunun treninqlərinin başa çatmasına həsr olunmuş tədbir keçiriləcək

Sumqayıtda ABŞ Sülh Korpusunun treninqlərinin başa çatmasına həsr olunmuş tədbir keçiriləcək
# 11 sentyabr 2007 16:22 (UTC +04:00)
Sabah ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi Sumqayıta səfər edəcək. Bu barədə APA-ya səfirliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, sabah ABŞ Sülh Korpusunun 50 nəfərlik heyətinin Sumqayıtda keçirdiyi treninqlər başa çatır və bu məqsədlə xüsusi tədbir keçiriləcək. Tədbirdə ABŞ səfirinin də iştirakı nəzərdə tutulur. Bundan başqa Ann Dersinin yerli ekoloqların iştirakı ilə keçiriləcək dəyirmi masada da iştirakı nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR