Səfir: “İran vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərində xidmət etmələri barədə məlumatlar araşdırılır”

Səfir: “İran vətəndaşlarının işğal olunmuş Azərbaycan ərazilərində xidmət etmələri barədə məlumatlar araşdırılır”
# 12 sentyabr 2007 08:35 (UTC +04:00)
Bu sözləri Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya eksklüziv açıqlamasında deyib. Səfir bildirib ki, bu məsələ ilə bağlı İranın Xarici İşlər Nazirliyində olub və məsələnin araşdırılmasını istəyib. A. Həsənov hazırda araşdırmalar aparıldığını, adı açıqlanan İsfahan ermənisi, təxminən 27-29 yaşlı Mixək Teymuriyanın şəxsiyyətinin tam bəlli olunması üçün müəyyən işlər görüləcəyini deyib.
Qeyd edək ki, APA diplomatik mənbələrə istinadən İranda fəaliyyət göstərən erməni dini qurumlarının erməni əsilli İran vətəndaşlarını aldadaraq, yalançı vədlərlə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Silahlı Qüvvələrində xidmət etmələri üçün separatçı rejimin nəzarətində olan ərazilərə göndərdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, bu yaxınlarda İran hərbçiləri Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədyanı bölgədə milliyyətcə erməni olan iki sərhəd pozucusunu saxlayıblar. Sorğular nəticəsində həmin şəxslərin İran vətəndaşı, İsfahan erməniləri olduqları müəyyənləşdirilib. Saxlanılan şəxslərdən biri - Mixək Teymuriyan İran ermənilərinin dini mərkəzi olan “Xəlifəgəri-ye Əraməni” adlı qurumun təbliğatı əsasında Dağlıq Qarabağa getdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR